İtaliya A Seriyasının yeni çempionu olan \"Milan\" klubu, 33 yaşlı kapitanı Massimo Ambrosini ilə mövcud müqaviləsinin müddətini daha bir il də uzadıb. Siasport.az saytı xəbər verir ki, 33 yaşlı kapitanla 2012-ci ilin iyun ayına qədər uzadan Milan təmsilçisi, bununla onun sərgilədiyi futboldan və kapitanlıq missiyasından məmnun olduğunu göstərib. Bu isə o deməkdir ki, M.Ambrosini gələn il \"Milan\"dakı futbol həyatının 17-ci il dönümünü qeyd edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB