Əziz Yıldırım ehtiyatlı danışdı

Əziz Yıldırım ehtiyatlı danışdı
İstanbulun "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, klubun rəsmi sponsorlarının çempionluq karnavalı hazırlamaq təkliflərinə, qəti şəkildə "yox" dedi.
Siasport.az saytı xəbər verir ki, bazar günü Türkiyə Superliqasının sonuncu turu çərçivəsində "Sivasspor"la qarşılaşacaq "Fənərbaxça"nın, keçən il olduğu kimi yenə də son anda çempionluğu əldən vermək təhlükəsi ilə üz-üzə qalacağından qorxan Ə.Yıdırım, hər kəsi təmkinli və ehtiyatlı olmağa çağıraraq, bazar günü keçiriləcək "Fənərbaxça"-"Sivasspor" qarşılaşmasından sonra hər şeyə aydınlıq gələcəyini bidirib. Məlumata görə isə, klubun azarkeşləri və rəsmi sponsorları, "sarı lacivərtlilər"in çempion olacaqları təqdirdə, bazar ertəsi "Şükrü Saracoğlu" stadionunu möhtəşəm şəkildə bəzəyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə