Bir neçə gün bundan əvvəl İstanbulun "Beşiktaş" futbol klubundan ayrılaraq İspaniyaya dönmək istəyən Nihat Kahveçi, deyəsən öz arzusuna çatmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, artıq keçmiş "Beşiktaş"lının forma geyinəcəyi klub da məlumdur. Belə ki, İspaniyanın "Real Betis" futbol klubu futbol üzrə Türkiyə milli komandasının üzvünü transfer etməkdə daha israrlıdır və klubun təmsilçiləri N.Kahveçinin meneceri ilə danışıqlara başlayıblar. İspaniyanın "Marça" qəzeti isə iddia edir ki, türkiyəli forvardı transfer etmək üçün İspaniyanın "Valensiya" və "Seviliya" futbol klubları da hərəkətə keçiblər. Lakin "Real Betis"in N.Kahveçiyə daha uyğun maliyyə şərtləri təklif etdiyi deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB