Fatih Terimdən iddialı açıqlamalar!

Fatih Terimdən iddialı açıqlamalar!
Artıq dünəndən İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi təyin olunan Fatih Terim, Türkiyə mediyasına bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın daima yüksək zirvələr üçün mübarizə apardığını dilə gətirən "imperator", qazanılan qələbələrdən və alınan məğlubiyyətlərdən nümunə görürərək, qarşıdakı mövsümdə real futbola üstünlük verəcəklərini açıqlayıb. İndiyə qədər klubda alınan hər bir nəticəni dəfələrlə analiz etdiyini deyən F.Terim, "Qalatasaray"ın yeni mövsümdə öz adına yaraşan futbol sərgiləyəcəyini açıq şəkildə bəyan edib:
"Bunu hər kəs görəcək. Biz həm məğlubiyyətlərdən, həm də qazanılan qələbələrdən bizə lazım olan nəticləri çıxarmışıq. 3 illik müqavilə imzaladıq. Amma hər mövsümün sonunda klub rəhbərliyi ilə birgə oturub bütün detalları hamılıqla müzakirə edəcək və hər bir məsələni bir yerdə məsləhətləşərək yerinə qoyacağıq. "Qalatasaray" daima yüksək yerlər uğrunda mübarizə aparıb, indi də belə olacaq"-deyə təcrübəli futbol mütəxəssisi fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə