“Hamburq” klubunun heyəti Vladimir Kliçko ilə Devid Heyin döyüşünü izləyəcək

“Hamburq” klubunun heyəti Vladimir Kliçko ilə Devid Heyin döyüşünü izləyəcək
"Hamburq" klubunun futbolçuları, məşqçiləri və digər işçiləri Vladimir Kliçko ilə Devid Heyin döyüşünü tribunadan izləmək qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, bu döyüş iyulun 2-də məhz bu komandanın ev oyunlarını keçirdiyi "Imtech-Arena"da keçiriləcək.
Klub rəhbərliyi həmin gün təlim-məşq toplanışında olacaqlarına baxmayaraq, futbolçulara istirahət vermək qərarına gəlib. Komandanın bütünlüklə ukraynalı boksçu Kliçkonu dəstəkləyəcəyi də məlum olub. Nəzərə alsaq ki, Vladimir Hamburqda yaşayır, buna təbii baxmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə