\"Qəbələ\" klubuislahatlara başlayıb. Siasport.az saytıxəbər verir ki, Premyer Liqanı 7-ci pillədə başa vuran komanda gələn mövsüm baş məşqçi Toni Adamsa lazım olmayan futbolçularla yollarını ayırıb.
Klubdan fanat.az-a verilən məlumata görə, klub rəhbərliyi və baş məşqçinin qərarı ilə 10 futbolçu \"yola salınıb\". Bunlardan cəmi ikisi yerli futbolçulardı. Belə ki, \"Qəbələ\" 30 yaşlı müdafiəçi Ramin Quliyev və 31 yaşlı yarımmüdafiəçi Namiq Əliyevlə yollarını ayırıb.
Heyətdən kənarlaşdırılan 8 futbolçu isə legionerlərdir. Ən gözlənilməzi isə millimizin də şərəfini qorumuş Branimir Subaşiçin \"yola salınması\"dır. 29 yaşlı hücumçunun başa çatan müqaviləsi uzadılmayıb. Onunla yanaşı, müdafiəçilər - serb Milan Antiç, rumın Razvan Tarlea, yarımmüdafiəçilər - ingilis Terri Kuk, braziliyalı Bruno dos Anjos, gürcü Qoqa Beraya, argentinalı Kristian Torres və Sierra-Leonedən olan futbolçu Əl Banqura da Toni Adamsa lazım olmayıb.
Əl Banqura istisna olmaqla, bütün futbolçuların müqaviləsi başa çatıb və onlarla yeni anlaşma imzalanmayıb. Banquraya gəlincə, o, transferə çıxarılıb. Afrikalı futbolçunu heyətinə qatmaq istəyən klublar \"Qəbələ\"yə müraciət edə bilər.
Qeyd edək ki, heyətdən kənarlaşdırılan futbolçulardan 4-ü - Branimir Subaşiç, Əl Banqura, Terri Kuk, Bruno dos Anjos Toni Adamsın istəyi ilə transfer olunmuşdu. Qalanları - Ramin Quliyev, Namiq Əliyev, Milan Antiç, Razvan Tarlea, Qoqa Beraya və Kristian Torres Ramiz Məmmədovun vaxtından qalmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB