Türkiyəli bağban sahəsini qorumaq üçün "gözətçisinə" "Fənərbaxça" forması geydirdi
İstanbulun "Fənərbaxça" futbol klubunun çempionluq uğrunda apardığı amansız mübarizəsi, bütün Türkiyədə elə şəkildə əks-səda yaradıb ki, artıq bu ölkənin bağbanları da meyvə-tərəvəz sahələrini oğrulardan qorumaq üçün "Fənərbaxça" formasından istifadə edirlər. Siasport.az saytı xəbər verir ki, Türkiyənin Bartınlı əyalətində bir bağban, meyvə tərəvəz sahəsinin kənarında, maniken düzəldərək, ona "sarı lacivərtli" forma geydirib, başına da "Fənərbaxça" klubunun markasını təsvir edən papaq qoyub.Türkiyənin "Fanatik.com" idman saytına müsahibə verən bağban Mehmet Topal, bu metoddan daha çox gecə ogrularından qorunmaq və sahəsinin təhlükəsizliyini təmin etmək üçün istifadə etdiyini bildirib. İstanbul klubundakı adaşı Mehmet Topalı çox sevdiyini dilə gətirən bağ sahibi, bu il "Fənərbaxça"nın mütləq çempion olacağına da əmin olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB