Van Der Sar "Qalatasaray"da?

Dünən axşam Fatih Terimlə anlaşdıqlarını və qarşıdakı 3 il ərzində "Qalatasaray"ın "imperator"a əmanət edildiyini açıqlayan İstanbul klubunun prezidenti Ünal Aysal, artıq yeni bir transfer bombasını reallaşdırmağa çox yaxındır.Siasport.az saytı xəbər verir ki, İngiltərənin "Bolton" və Fransanın "Olimpik Lion" futbol klublarından iki futbolçu ilə anlaşan "cim bom" rəhbərliyi, indi də dünyaca məşhur bir qolkiperi İstanbula gətirir. Onun adı da artıq məlumdur. Bu, yenidən İngiltərə çempionu olan "Mançester Yunayted" futbol klubunun hollandiyalı qolkiperi Van Der Sardır. Artıq bu mövsüm "qırımızı şeytanlar"la yollarını ayırmağa qərar verən təcrübəli əlcək ustası da, "Qalatasaray"a gəlməyə ilkin razılığını verib. Məlumata əsasən, istanbul klubunda transfer məsələləri ilə məşğul olan Ali Dürüst, hollandiyalı qolkiperin meneceri ilə danışıqları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə