NBC Bank Azərbaycan kubokunun final oyununun biletləri artıq satışdadır
Mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək NBC Bank Azərbaycan kubokunun "İnter" - "Xəzər Lənkəran" final oyununun biletləri artıq satışdadır. Siasport.az saytı xəbər verir ki, biletləri oyunun keciriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar.
Qeyd edək ki, final oyunun biletlərinin qiyməti sektordan asılı olmayaraq 1 manatdır. Biletlər final oyunundan sonra azarkeşlər arasında keçiriləcək "Renault Logan" avtomobilinin və digər qiymətli hədiyyələrin oynanılacağı uduşlu lotereyada iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB