Veteran futbolçumuz İqor Ponomaryov İsgəndər Cavadovun 60 illik yubileyi münasibətilə nəşr olunmuş kitabın təqdimat mərasimindən öncə jurnalistlərin suallarını cavablandırıb.
- Bakıya budəfəki səfərinizin məqsədi yalnız İsgəndər Cavadovun yubileyində iştirak etməkdir?
- Bəli, təkcə buna görə gəlmişəm. Təşəkkür edirəm ki, məni bu tədbirə dəvət ediblər. İsgəndərlə bir yerdə böyümüşük, dostuq. Bir-birimizin evindəki problemlərə qədər xəbərimiz olur, həyatımızın xoşbəxt anlarını birgə bölüşürük.
- Sabiq komandanız "Neftçi" hazırda yaxşı günlərini yaşamır. Bu haqda nə deyə bilərsiz?
- Dəqiq nəsə demək çətindir. Çünki komandanın daxilində nələrin baş verdiyini söyləmək çətindir.
- Hazırda "Neftçi"ni bu bərbad vəziyyətdən çıxarmaq üçün nə etmək lazımdır?
- Bunun üçün klubun rəhbərliyi var. Onlar çıxış yolu tapmalıdırlar. Lazım olsa, hər zaman kömək etməyə hazıram. "Neftçi"ni belə vəziyyətdə görmək ağırdır.
- İsveçdə nə işlə məşğulsunuz?
- "Neftçi Stokholm" klubu yaratmışıq. Klub Azərbaycanın Stokholmdakı Konqressinin dəstəyi sayəsində formalaşıb. Hələ ki, heç bir yerdə oynamırıq. İlk addımlarımızı atırıq.
- Həmin komandada yalnız azərbaycanlılar çıxış edəcək?
- Xeyr. Belə bir məhdudiyyət yoxdur. Sadəcə, ölkəmizi populyarlaşdırmaq istəyirik. İsveçdə Türkiyə komandaları var. Qoy "Neftçi" də olsun.
- Azərbaycandan son zamanlar hansısa təklif almısız?
- Xeyr.
- Oğlunuz Anatoli nə işlə məşğuldur?
- Onun menecerlik agenti var. O da bu yolda yenicə addımlamağa başlayıb. Bu yay hər hansı transfer reallaşdıra bilmədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB