"Qarabağ" klubu istirahətə buraxıldı. Siasport.az saytı xəbər verir ki, XIX milli çempionatın son turundan sonra "Qarabağ"ın birinciliyi 3-cü sırada bitirdiyi müəyyənləşdi. Komandanın baş məşqçisi Qurban Qurbanov bütün heyəti istirahətə buraxdı. Ancaq buna baxmayaraq, əsas millimizə Ağdam təmsilçisindən 8, U-21-ə 1, Albaniya millisinə 2, Latviyaya əsas komandasına isə 1 futbolçu qoşulacaq. "Qarabağ" iyunun 5-də yeni mövsüm üçün toplaşacaq, 6-da isə hazırlıqlar başlayacaq. Milli futbolçular isə iyunun 7-də seçmə mərhələ oyununa çıxacağına görə çalışdırıcı 11 futbolçuya 5 gün dincəlmək imkanı yaradacaq. Milli futbolçular iyunun 13-ü hazırlığa qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB