Bakı bulvarında həvəskarlar arasında şahmat turniri keçiriləcək. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Şahmat Federasiyasının dəstəklədiyi turnirin məqsədi ölkədə olimpiya hərəkatının təbliği və bu idman növünün kütləviləşdirilməsidir. Layihə idmançılarımızın və paralimpiyaçılarımızın Rio Olimpiadalarında uğurlu çıxışına, Ümumdünya Şahmat Olimpiadasına, habelə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına həsr olunub. Turnir oktyabrın 2-də estrada ulduzlarının çıxışı və qaliblərin mükafatlandırılması ilə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB