Moldovanın Kişinyov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, "Buikani" klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Oyunda iki dəfə Seyran Məmmədov fərqlənib. Bir qolun müəllifi isə Xəlil Əhmədov olub.
Qeyd edək ki, bu oyunda yığmamızın heyətində əsasən ehtiyatda qalan futbolçular çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB