Azərbaycan rəqqasları idman rəqsləri üzrə 16-cı Qafqaz kubokunun qalibi olublar
Tbilisidə idman rəqsləri üzrə 16-cı Qafqaz kuboku yarışları keçirilib. Siasport.az saytı xəbər verir ki, Gürcüstan İdman Rəqsləri Federasiyasının təşkil etdiyi turnirdə gürcü rəqqaslar ilə yanaşı, Azərbaycan, Avstraliya, Belarus, Türkiyə, Latviya, Litva, Polşa, İtaliya, Rusiya, Yunanıstan, Slovakiya, Ukrayna, Qazaxıstan, Bolqarıstan və Ermənistandan rəqqas cütlükləri iştirak ediblər.
16-cı Qafqaz kuboku yarışları Azərbaycan rəqqasları üçün uğurlu olub. Azərbaycanı Gürcüstanın paytaxtında idman rəqsləri üzrə "DT ŞANE" klubunun üzvləri təmsil etiblər. Latın Amerikası proqramı üzrə yarışlarda Tamerlan Qədirov-Cəmilə Cəfərova cütlüyü birinci yeri tutub. Standart-Avropa proqramında Rüstəm Bəşirov və Valeriya Kotelnikova cütlüyü üçüncü olub.
Tbilisidə keçirilmiş yarışlarda ən yüksək reytinqə malik IDSF dərəcəli beynəlxalq turnir çərçivəsində standart-Avropa proqramında üçüncü yeri tutmuş Ruslan Tolmaçev və Aleksandr Kosyanenko cütlüyünün çıxışını da xüsusi qeyd etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB