İstanbulun "Fənərbaxça" futbol klubunun forvardı Semih Şentürk, Rusiyanın "Anji" futbol klubunun transfer siyahısında yer alır. Siasport.az saytı xəbər verir ki, Rusiya klubu türkiyəli futbolçunu transfer etməkdə israrlıdır və bunun üçün bir vaxtlar "Fənərbaxça"da çıxış edən məşhur braziliyalı futbolçusu Roberto Karlosu da vasitəçi kimi önə çıxarıb. İstanbulun "Fənərbaxça" futbol klubunun heyətində çıxış etmiş məşhur braziliyalı futbolçu Roberto Karlos da öz növbəsində S.Şentürkə telefonla zəng edərək onu hazırda çıxış etdiyi klubuna dəvət edib. Rusiya klubunun S.Şentürk üçün bir ilinə 3,5 milyon avro verməyə hazır olduğunu deyən R.Karlos, ondan transfer təklifini qəbul etməyi və birgə "Anji"də çıxış etməyə qərar verməsini istəyib. S.Şentürk isə ailəsi və yaxınları ilə bu məsələni müzakirə edəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB