\"Səni İstanbula çağıranlar vətən xainidirlər\"

\"Səni İstanbula çağıranlar vətən xainidirlər\"
Türkiyə Futbol Federasiyasının (TFF) sabiq prezidenti Haluk Ulusoy, Almaniyada olarkən, hazırda \"Bayern Münhen\"də forma geyinən və bu yaxınlarda İspaniyanın \"Real Madrid\" futbol klubuna keçəcəyi gözlənilən Hamit Altıntopla görüşüb. Siasport.az saytı xəbər verir ki, hələ TFF-nin rəhbəri olarkən də yaxşı münasibətlərdə olduğu futbol üzrə Türkiyə milli komandasının üzvü ilə bir restoranda görüşən H.Ulusoy, H.Altıntopdan heç vaxt Türkiyəyə qayıdıb hansısa klubda futbol oynamaq kimi həvəsə düşməməsini istəyib. O, bu istəyini onunla əlaqələndirib ki, Türkiyədəki futbol klubları başqa istedadlı futbolçular kimi, onun da \"axırına\" çıxa bilərlər:
\"Kim sənə Türkiyədən zəng edib dəvət edərsə, qəti olaraq mənfi cavab ver. Çünki sənin \"Real\"a getmək şansın olduğu vaxtda İstanbula çağıranlar əsl vətən xainləridirlər. Onlar bu dəvətləri ilə neçə-neçə istedadlı futbolçunu sümürüb məhv ediblər. Türkiyəni sevirsənsə, o zaman Məsut Özil və Nuri Şahin kimi \"Rea\"a get, Türkiyənin adını göylərə qaldır\"-deyə H.Ulusoy bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə