\"Şaxtyor\" üçün yeni braziliyalı ulduz

\"Şaxtyor\" üçün yeni braziliyalı ulduz
Ukraynanın \"Şaxtyor\" futbol klubu, çempionluğunu elan edəndən sonra heyətini sürətlə gücləndirməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, Mirça Luçeskunun komandası, Braziliyanın \"Korintias\" futbol klubunun 22 yaşlı futbolçusu Dentinonu transfer edib. Braziliya klubunun rəsmi saytı da artıq 22 yaşlı futbolçusunun Ukrayna komandasına keçdiyini rəsmi olaraq təsdiq edib. Ukraynanın gündəlik idman nəşrləri yazır ki, bu transfer yeni Ukrayna çempionuna 6,5 milyon avroya başa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə