"Neftçi" qapıçısı Paulius Qribauskasla yollarını ayırıb. Siasport.az saytı xəbər verir ki, uzun müddətdi zədəli olan və komandaya kömək edə bilməyən litvalı qolkiper artıq komanda ilə vidalaşıb.
Klubun vitse-prezidenti Tahir Süleymanov bildirib ki, Qribauskasın müqaviləsi başa çatıb və anlaşmanın müddəti uzadılmayıb. Premyer Liqanın 12-ci turunda "İnter"lə oyunda zədələnən Qribauskas artıq 5 aydı ki, müalicə olunurdu. Onun yenidən meydana dönməsi üçün 6 aya yaxın vaxt lazımdır. Qarşıda isə "Neftçi"ni Çempionlar Liqasında ağır mübarizə gözləyir. Belə də klub rəhbərliyi onunla vidalaşmaq və yeni qapıçı transfer etmək qərarına gəlib. Azərbaycan çempionu artıq qapıçı axtarışlarına başlayıb.
Qeyd edək ki, Qribauskas karyerası ərzində "Neftçi" ilə yanaşı Litvanın "Vilnius" və "Ekranas", Rumıniyanın isə "Otelul" klublarının şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB