"Real" almanlarla bacarmadı, "Yuventus" rəqibini darmadağın etdi!

"Real" almanlarla bacarmadı, "Yuventus" rəqibini darmadağın etdi!

Dünən futbol üzrə UEFA Çempionlar Liqasında qrup oyunları çərçivəsində ikinci tura start verilib. SİA xəbər verir ki, gecənin maraqla gözlənilən oyunu Madrid "Real"ı və Dortmund "Borrusiya"sı arasında keçirilib. Olduqca gərgin keçən qarşılaşmada qapılara 4 top vurulub və tərəflər meydanı 2:2 hesablı nəticə ilə tərk ediblər. Moskva MOİK-i London "Tottenhem"inə 0:1 hesabı ilə məğlub olub. "Sevilya" "Lion" üzərində 1:0 hesablı qələbəyə sevinib. İtaliya nəhəngi olan "Yuventus" Zaqreb "Dinamo"su üzərində 4:0 hesablı qələbə qazanıb. "Monaco" "Bayer"lə 1:1 hesablı nəticəyə razılaşıb. "Sportinq" Polşa "Legiya"sı üzərində 2:0 hesablı qələbə qazanıb. "Kopenhagen" Belçika "Brügge"sini 4:0 hesabı ilə darmadağın edib.

Bütün xəbərlər Facebook səhifəmizdə