"Qalatasaray"ın yeni prezidenti Ünal Aysal transfer siyasətinə sürətlə start verib. Siaspot.az saytı xəbər verir ki, 70 yaşlı iş adamının yeni hədəfi də məlum olub. Bu, İngiltərənin "Çelsi" futbol klubunun rusiyalı futbolçusu Yuri Zirkovdur. Keçən mövsüm Rusiyanın "SSKA" futbol klubundan 21 milyon avroya "zadəganlar"ın heyətinə qatılan Y.Zirkov, bu müddətdə göstərdiyi futbolla klub rəhbərliyi tərəfindən də bəyənilmir və onun da adı arzuolunmaz futbolçuların siyahısına salınıb. Rusiyalı futbolçu bu mövsüm "Çelsi"nin heyətində 22 dəfə meydana çıxıb və 1 qol vurub. "Çelsi" rəhbərliyi mövsümün sonunda ən azı 10-dək futbolçu ilə yollarını ayırmaq haqda qərar qəbul edib ki, bunların da arasında Y.Zirkovun adı yer alır. Rusiyalı futbolçu "Qalatasaray"la bərabər, "Bolton", "Aston Villa" və "Roma" kimi klubların da maraq dairəsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB