Dünən rəsmi olaraq İstanbulun "Beşiktaş" futbol klubundan ayrıldığını elan edən futbol üzrə Türkiyə milli komandasının üzvü Nihat Kahveçinin hansı kluba gedəcəyi məlum olub. Siasport.az saytı xəbər verir ki, artıq N.Kahveçi İspaniyanın idman nəşrlərinə bir sıra açıqlamalar verib və bu ölkədə futbol oynamaq istədiyini dilə gətirib. O bildirib ki, daha çox İspaniyadakı futbolçu koryerasına başladığı "Real Sosieydad" üçün darıxır və koryerasını məhz bu klubda davam etdirmək istəyir. İspaniyada futbol oynamaqdan hər zaman zövq aldığını deyən N.Kahveçi bəyan edib ki, o yaxın bir ay ərzində hansı klubda oynayacağını müəyyənləşdirəcək. "Marça" qəzeti yazır ki, N.Kahveçinin İspaniyada futbol oynadığı son klubu olan "Villyereal" da onun xidmətində maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB