"Qalatasaray"ın ilk transfer bombası Johan Elmander!

"Qalatasaray"ın ilk transfer bombası Johan Elmander!
İstanbulun "Qalatasaray" futbol klubunun ilk transfer bombası məlum olub. Siasport.az saytı xəbər verir ki, bu futbolçu, haqqında neçə müddətdir ki, danışılan "Bolton"un 29 yaşlı isveçli forvardı Johan Elmanderdir. O, artıq gələn mövsümdən "Qalatasaray"ın formasını geyinəcək. "Bolton"la müqavilə müddəti bu ayın sonunda qurtaran isveçli futbolçunun boyu 1.88 metrdir. Əla futbol texnikasına malik forvardın İstanbul nəhənginin işinə yarayacağı şübhəsizdir. İstanbul klubunun yeni prezidenti Ünal Aysal dünən keşmiş prezident Adnan Polatdan bütün səlahiyyətlərini rəsmən təhvil aldıqdan və təhvil-təslim işlərini qurtardıqdan sonra J.Elmanderlə transfer əməliyyatına start verib. Türkiyənin idman nəşrləri xəbər verir ki, bundan başqa "Qalatasaray"ın yeni rəhbərliyi, Fransanın "Olimpik Lyon" klubunun 28 yaşlı forvardı Kim Kallströmlə də danışıqları yekunlaşdırmaq üzrədir. Türkiyənin "Hürriyət" qəzeti xəbər verir ki, artıq futbolçunun özü də İstanbul nəhəngində forma geyməkdən məmnun olacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə