60 yaşını qeyd edən Azərbaycan futbolunun tanınmış nümayəndəsi, "Neftçi" klubunun canlı əfsanəsi İsgəndər Cavadovun həyatından və karyerasından bəhs edən kitab hazırlanıb. SİA-nın xəbərinə görə, avtobioqrafik xarakter daşıyan kitab "№11 İsgəndər Cavadov" adlanır. Həm Azərbaycan, həm də rus dilində nəşr olunan kitabda məşhur hücumçu haqda indiyədək bilmədiyimiz və eşitmədiyimiz faktlar toplanıb. Kitabda onun həyatı, futbolçu karyerası, SSRİ dövründə "Neftçi" klubunda baş verənlər barədə düşüncələri dolğun şəkildə oxuculara təqdim olunur.
Kitabın müəllifi ATV kanalının jurnalisti Sənan Şəfizadə, redaktoru Mahir Rüstəmlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB