Ronaldo Ərəb şeyxinin hədəfində!

Ronaldo Ərəb şeyxinin hədəfində!
Ərəb şeyxlərinin gözü ində də İspaniyanın "Real Madrid" futbol klubunun və dünya futbolunun ən bahalı transferi olaraq göstərilən portuqaliyalı Kriştiyano Ronaldoya yönəlib. Siasport.az saytı xəbər verir ki, ərəb şeyxlərinin klubu kimi tanınan İngiltərənin "Mançester Siti" futbol klubunun ərəb sahibi Şeyx Mansurun klubun menecerləri qrşısında qoyduğu şərt budur:-ancaq Ronaldo!
Düzdür, pulu, var-dövləti, dünya siyasətindəki yeri ərəb şeyxindən geri qalmayan İtaliyanın Baş naziri, bu ölkənin "Milan" futbol klubunun sahibi olan Silviyo Berluskoni də "Real"ın ulduzuna "qarmaq atmışdı". Amma kral klubunun menecerləri S.Berluskoninin Ronaldonu ancaq və ancaq yuxusunda görə biləcəklərini açıqlamışdılar. Amma S.Beluskonidən tam fərqli olaraq ərəb şeyxi bu tərzdə cavab alacaq adam deyil. Onun bu iddiasını gerçəkləşdirmək üçün ciddi addımlar atacağı real görünür. Nəzərə alsaq ki, artıq yola saldığımız mövsümdə "Real"la "Mançester Siti" arasında Adabeyorun transferi ilə bağlı alış-veriş uğurla baş tutub, deməli bu ehtimalın reallığa çevrilməsi mümkün görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə