Nihad Kahvecinin ikinci \"Beşiktaş\" dönəmi bitdi. Siasport.az saytı xəbər verir ki, Qara Qartal təcrübəli futbolçusu ilə yollarını qarşılıqlı şəkilkdə ayırdı. Nihad klub prezidenti ilə görüşərək klub ilə vidalaşıb. 30-cu turda oynanılan "Konyaspor" matçında komanda yoldaşı Quareşma ilə mübahisə edən, oyundan sonra isə jurnalist Turqay Dəmirlə dalaşan təcrübəli futbolçu Turkiyənin telekanallarına verdiyi açıqlamada Türkiyə karyerasını bitirdiyini bildirmişdi.
Klub prezidenti ilə görüşündə prezidentdən təşəkkür alan Nihad Kahveciyə sonrakı idman yaşamında da uğurlar arzulandı.
Yıldırım Dəmirörən mətbuata açıqlamasında bunları deyib: " Nihad Beşiktaşa önəmli uğurlar qazandırıb. Biz onu daima hörmətlə xatırlayacayıq".
2003-2004 cü ildə çıxdığı 32 oyuna 23 qol vuran Nihad Ronaldo və Roy Makaayın ardından "qol krallığı"nda ikinci oldu. İspaniyada " EL TURKO " ləqəbin qazanan futbolçu 2006-cı ildə \"Vilyareal\"a transfer olundu, amma burdakı karyerası istədiyi kimi alınmadı. Zədə ucbatından çox forma şansı tapa bilməyən Nihad Beşiktaşa qayıtdı, amma buradada alınmadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB