Aleksandr Starkov azarkeşlərdən üzr istədi

Aleksandr Starkov azarkeşlərdən üzr istədi

"Bakı" futbol klubunun baş məşqçisi Aleksandr Starkov Azərbaycan Premyer Liqasının 32-ci turunun "Bakı"-"İnter" (0:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında komandanın azarkeşlərindən üzr istəyib. Siasport.az saytı xəbər verir ki, Aleksandr Starkov "Bakı" tərəfdarlarını sevindirmək üçün əllərindən gələni edəcəyini bildirib: "Komandamız çox ağır mövsüm yaşadı. Uğursuzluq bizi mövsüm boyu izlədi. Təəssüf ki, qarşıda duran hədəflərə çatmadıq.
Bugünkü oyuna gəldikdə komandalar meydana müxtəlif motivasiyalarla çıxmışdılar. Rəqib üçün vacib oyun idi. Bizim üçün də qarşılaşmanın əhəmiyyəti böyük idi. Hər iki komanda qələbəyə oynadı. "İnter"i təbrik edirəm. Azarkeşlərimizin üzüntüsünü bölüşürük, klubumuzu birlikdə layiq olduğu yerlərə daşıyacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə