\"Neftçi\" -\"Xəzər Lənkəran\" matçından sonra maşın aşırdıldı, azarkeşlər xəstəxanalıq oldular
\"Neftçi\" - \"Xəzər Lənkəran\" oyunundan sonra mərkəzi arenada qarşıdurma yaranıb. Siasport.az xəbər verir ki, qarşılaşma bitən kimi hər iki komandanın futbolçuları öz azarkeşlərinə yaxınlaşaraq, mövsümün bitməsini onlarla bayram edib. Bundan istifadə edən \"Neftçi\" və \"Xəzər Lənkəran\" azarkeşləri meydançaya daxil olub. Bu zaman tərəflər arasında qarşıdurma yaransa da polis tezliklə müdaxilə edib.
Stadionun xaricində isə \"Xəzər Lənkəran\" azarkeşləri ilə polis arasında qarşıdurma yaranıb.Polis lənkəranlı fanatları döyüb. Onların arasında ağır yaralananlar var. Hətta qarşıdurma zamanı \"Xəzər Lənkəran\"ın mühafizə xidmətinə məxsus mikro-avtobus aşırdılıb və nəticədə onun qapısı qırılıb.
Dava zamanı polislər 30 yaşlı azarkeş İbrahim İbrahimovun belinə dəyənəklərlə vurub və o, huşunu itirib. Onunla yanaşı, 20 yaşlı Fariz Orucov başından aldığı ağır zərbə alıb. Hər iki fanat Təcili Tibbi Yardım maşını ilə Musa Nağıyev adına xəstəxanaya aparılıb. Artıq onlar xəstəxanadan evə buraxılıb.
Ümumilikdə 30 yaxın azarkeş xəsarət alıb. 15 nəfər isə həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB