Ruslan Abışovla maraqlanan alman klubu müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, milli komandamızın üzvünü Almaniyanın "Köln" klubu heyətinə qatmaq istəyir.
"Köln" artıq nümayəndəsini Bakıya göndərib. Belə ki, alman klubunun adından makedoniyalı menecer Fali Ramadanı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyununu canlı izləyib.
"Köln"ün sabahdan "Neftçi" ilə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, Fali Ramadani məşhur futbolçu Zvjezdan Misimoviç və məşqçi Feliks Maqatın meneceridir.//fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB