Pepe bu axşam "Borussiya"ya qarşı meydana çıxacaq?

Pepe bu axşam "Borussiya"ya qarşı meydana çıxacaq?

"Real"ın futbolçusu Pepe zədəsini sağaldıb. İspaniyanın "Marca" qəzetinin yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb. Onun futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində bu gün "Borussiya"ya (Dortmund) qarşı oynayacağı gözlənilir.

Qeyd edək ki, "Borussiya" - "Real" görüşü bu axşam keçiriləcək. Xatırladaq ki, Pepe zədə səbəbindən La Liqada 2 oyun buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə