İtaliya "İnter"inin yarımmüdafiəçisi Joao Mario zədələnib. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı oyunçu A seriyasının 6-cı turunda "Bolonya" ilə görüşdə (1:1) ayaq əzələsini dartıb. Bu səbəbdən onun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, J.Mario bu yay "Sportinq"dən (Lissabon) 40 milyon avroya "İnter"ə transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB