İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı futolçusu Manuel Fernandes, "qara qartallar"la vidalaşır. Siasport.az saytı xəbər verir ki, müqavilə ilə İspaniyanın "Valensiya" futbol klubunun futbolçusu sayılan M. Fernandes, mövsümün ortasında 6 aylığına "Beşiktaş"a icarəyə verilmişdi. İndi isə mayın 31-də portuqaliyalının istanbul klubu ilə mövcud müqaviləsi sona çatır və o heç bu tarixi də gözləmədən sabahdan İspaniyaya qayıdır. "Beşiktaş"ın yaxşı bir futbol klubu olduğunu deyən M. Fernandes, iki klubun razıılaşması müqabilində futbol həyatını İstanbulda davam etdirmək istədiyini də dilə gətirib. Amma İstanbul klubunun M.Fernandesin müqavilə müddətini uzatmaq üçün "Valensiya" ilə apardığı dnışıqlar uğursuz başa çatdığından, portuqaliyalının bu arzusu mümkünsüzdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB