IV Respublika Oyunlarının proqramına daxil olan boks yarışlarının final mərhələsinə start verilib

IV Respublika Oyunlarının proqramına daxil olan boks yarışlarının final mərhələsinə start verilib
Bu gün Biləsuvar Olimpiya İdman Kompleksində IV Respublika Oyunlarının proqramına daxil olan boks üzrə 13-14 yaşlı yeniyetmələr arasında təşkil olunmuş yarışların final mərhələsinə start verilib. Siasport.az saytı xəbər verir ki, yarışlarda uşaq-gənclər idman məktəbləri, idman klubları, idman cəmiyyətləri və Olimpiya İdman Komplekslərinin komandaları iştirak ediblər.
Qeyd edək ki, final yarışları mayın 22-dək davam edəcəkdir.
Bu yarışların məqsədi iyulun 7-dən 16-dək məktəblilərin Qroznı şəhərində keçiriləcək Avropa birinciliyində iştirak etmək üçün yığma komandanın heyətini formalaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə