Nihat Kahveçi "Beşiktaş"dan ayrılıb İspaniyaya qayıdır!

Nihat Kahveçi "Beşiktaş"dan ayrılıb İspaniyaya qayıdır!
Nəhayət İstanbulun "Beşiktaş" futbol klubu, futbol üzrə türkiyə milli komandasının da formasını geyən Nihat Kahveçi ilə yollarını rəsmi olaraq ayırmağa qərar verdi. Siasport.az saytı xəbər verir ki, son bir neçə həftə ərzində kifayət qədər əsəbi addımları, meydanda və meydandan kənarda komanda yoldaşlarına və türkiyəli jurnalistlərə qarşı aqressiv hərəkətləri ilə gündəmdə qalan N.Kahveçinin, "Beşiktaş"la yollarını ayıracağı gözlənilən addım idi. Çünki bir tərəfdən futbolçu Türkiyədə qalmaq istəmirdi, digər bir tərəfdən isə İstanbul klubu onun bu addımlarına görə öz ciddiliyini şübhə altına atmaq niyyətində deyildi. Həm də N.Kahveçi, son həftələrdə vaxtaşırı olaraq artıq Türkiyədə futbol oynamaq istəmədiyini və İspaniyaya geri dönmək niyyətində olduğunu açıqlayırdı. İndi artıq o "Beşiktaş"ın futbolçusu deyil və bu gün klubun rəsmi saytında da ona klubdakı əməyinə görə rəhbərlik tərəfindən təşəkkür mətni yerləşdirilib. Türkiyə mediyası isə N.Kahveçinin "Real Sosiedad" futbol klubuna qayıtmaq istədiyini yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə