İstanbulun "Fənərbaxça" futbol klubunun braziliyalı kapitanı Aleks De Souza, vurduğu qollar və sərgilədiyi əzmkar futbolla, artıq Avropada da böyük əks-səda yarada bilib. Siasport.az saytı xəbər verir ki, Avropanın aparıcı idman nəşrləri, onu futbol üzrə Braziliya milli komandasının əsas heyətində görmək istəyir. İtaliyanın dünyaca məşhur "La Qazetta Dello" idman nəşri, "Fənərbaxça"nın braziliyalı kapitanını keçən həftənin Avropa çempionatları üzrə "ən məhsuldar futbolçu" elan edib. İtalyan nəşri hesab edir ki, Braziliya mili komandası A.D.Souzanı tezliklə heyətinə cəlb etməklə, bundan ancaq və ancaq qazana bilər. Qəzet hesab edir ki, İstanbul klubunun kapitanı, nümayiş etdirdiyi futbolla, futbol üzrə Braziliya milli komandasının formasını geyinməyə tam layiq olduğunu sübut edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB