"Yuventus" futbolçusu ilə 5 illik müqavilə imzaladı

"Yuventus" futbolçusu ilə 5 illik müqavilə imzaladı
İtaliya A Seriyasının böyük klublarından olan "Yuventus" daha bir futbolçusu ilə 5 illik müqavilə imzalayıb. Siaspor.az saytı xəbər verir ki, "qoca sinyora", Klauduio Markiziyonu 2016-cı ilin iyununa qədər öz heyətində görmək istəyir. Futbol üzrə İtaliya milli komandasının da üzvü olan 25 yaşlı futbolçu, bu mövsüm "Yuventus"un heyətində İtaliya A Seriyasında 31 qarşılaşmada forma geyinib. Futbolçunun özü isə "Footbol Frans" nəşrinə müsahibə verərək deyib ki, o daha 5 il "Yuventus"un heyətində çıxış etmək şansı qazandığına görə özünü xoşbəxt sayır. Klubunun nəinki İtaliyada, bütün Avropada adlı-sanlı futbol klubu olduğunu deyən K. Markiziyo, qarşıdakı 5 il ərzində var gücü ilə komandasının böyük qələbələr qazanması üçün çalışacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə