İngiltərənin "Çelsi" futbol klubu, yola saldığımız mövsüm üçün özünün ən yaxşı futbolçusunu seçib. Siasport.az saytı xəbər verir ki, "zadəganlar"ın Fildişi Sahillərindən olan futbolçusu Didye Droqba, komanda yoldaşlarının və klub rəhbərliyinin ümumi qərarı ilə bu ada layiq görülüb. D.Droqba, Fernando Torresin "Çelsi"yə gəlişi ilə son vaxtlar komandanın əsas heyətində yer tapa bilməməsinə baxmayaraq, yenə də öz liderliyini qoruyub saxlaya bilib. Amma İngiltərə mətbuatı israrla yazır ki, D.Droqba mövsüm başa çatan kimi "zadəganlar"la yolları ayırmaq istəyir. Görünür klub rəhbərliyi də onun qəlbini almaq üçün sevindirməyə və könlünü almağa çalışır. Çünki həm İngiltərə çempionatında, həm də UEFA Çempionlar Liqasında alınan uğursuz nəticələrdən sonra, klubun prezidenti olan rusiyalı milyarder Roman Abramoviç bir sıra futbolçularla vidalaşmağı qərara alıb. İngilis mətbuatı isə bu siyahıda D.Droqbanın da olduğunu qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB