İstanbulun "Qalatasaray" futbol klubu Fatih Terimlə prinsipial olaraq razılaşma əldə etdiyindən, "cim bom"un 24 yaşlı kapitanı Arda Turan İspaniyanın "Atletiko Madrid" klubuna transfer olmaqdan vaz keçib. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl "Qalatasaray"ın yeni prezidenti seçilən Ünal Aysal və onun komandasında ikinci şəxs sayılan Ali Dürüst, "imperator" ləqəbli məşhur futbol mütəxəssisi ilə görüşərək ona İstanbul klubunun baş məşqçisi postuna qayıtmağı təklif etmişdilər. Türkiyə mediyasının xəbərinə görə, tərəflər arasındakı ilk görüş kifayət qədər səmərəli olub və həttda F.Terim sabahısı gün bir televiziya proqramına qatılaraq bildirib ki, "Qalatasaray"ın adı gələn yerdə bir çox şərtlərdən vaz keçməyə belə hazırdır. F.Terimin yenidən "cim bom"un sükanı arxasına keçməsi isə A.Turanı klubda ayrılmaq istəyindən vaz keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB