Ceyhun Əzizli: \"Mən fəxr edirəm ki, \"Xəzər Lənkəran\"la oyunda stadiona çempion kimi gedirəm\"

Ceyhun Əzizli: \"Mən fəxr edirəm ki, \"Xəzər Lənkəran\"la oyunda stadiona çempion kimi gedirəm\"

\"\"Neftçi\" - \"Xəzər Lənkəran\" oyununa adi qaydada hazırlaşırıq. Hazırlıqlarımız yüksək səviyyədə gedir. 5-6 banner hazırlayırıq. Amma qıcıqlandırıcı deyil, futbola rəng qatacaq pankartlar olacaq\". Siasport.az saytı xəbər verir ki, bu sözləri mundial.az-a açıqlamasında \"Ulraneftçi\" fanklubun rəhbəri Ceyhun Əzizli deyib.

Əzizli komandasının çempion olduğu üçün fəxr etdiyini söyləyib: \"Biz ancaq öz komandamızı düşünürük. Mən fəxr edirəm ki, \"Xəzər Lənkəran\"la oyunda stadiona çempion kimi gedirəm. \"Böyük oyun\"u böyük edən \"Neftçi\"dir. Bunu da sübüt etmişik, \"Neftçi\" çempion oldu! Azarkeşlərimizdən də xahiş edirəm ki, stadiona gəlib komandamızı dəstəkləsinlər. \"Xəzər Lənkəran\"a da Avrokuboklarda uğurlar arzu edirəm!\"

Bütün xəbərlər Facebook səhifəmizdə