\"Bakı\" klubuna kubok təqdim olundu-FOTOLAR

\"Bakı\" klubuna kubok təqdim olundu-FOTOLAR
\"Bakı\" futbol klubunun əvəzedici komandası Azərbaycan çempionatının sonuncu - XXXII tur çərçivəsində "Turan"ı qəbul edirb. Siasport.az saytı xəbər verir ki, B komandası saat 16:00-da klubun təlim-məşq bazasında baş tutan oyunda böyükhesablı qələbə qazanıb.

"Bakı"nın tam üstünlüyü şəraitində keçən oyunda komanda rəqib qapısından 6 top keçirib. Qonaqlar bunlardan yalnız ikisinin cavabınını verə biliblər 6:2.

Oyundan sonra çempionluğunu bayram edən bakılılara kuboku PFL rəsmisi Aslan Şahgəldiyev təqdim edib. Ardından xatirə şəkilləri çəkilib və klub rəhbərliyi futbolçuları təbrik edib.


Qeyd edək ki, "Bakı"nın əvəzediciləri çempionluğu sona üç tur qalmış əldə ediblər.


\"\"


\"\"


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə