“Hamburq” 50 yaşlı mütəxəssisi işdən qovdu

“Hamburq” 50 yaşlı mütəxəssisi işdən qovdu

Almaniya futbolunda növbəti məşqçi dəyişikliyi yaşanıb. SİA xəbər verir ki, Bundesliqa klubu olan "Hamburq" futbol klubu baş məşqçini işdən qovub.

Alman klubunun rəsmi saytının yaydığı xəbərə görə, rəhbərlik Bruno Labbadianı istefaya göndərib. 50 yaşlı mütəxəssislə birgə, onun köməkçiləri də vəzifələrindən ayrılıblar. Klub rəhbərliyinin bu addımı səbəbsiz deyil. Belə ki, 5 oyundan sonra aktivində cəmi 1 xal olan "Hamburq" mövsümə uğursuz start verib. Hazırda "Hamburq" rəhbərliyi "Hoffenhaym"ın keçmiş baş məşqçsi Markus Qizdolla maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə