İran və Rusiya futzalçıları dünya çempionatının yarımfinalında

İran və Rusiya futzalçıları dünya çempionatının yarımfinalında

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, mundialın 1/4 final mərhələsinin iki oyunu artıq baş tutub.

İran Paraqvaya (4:3, əlavə vaxtda), Rusiya isə İspaniyaya (6:2) qalib gələrək, yarımfinala yüksəlib. Qeyd edək ki, yarımfinalda İran məhz Rusiya ilə üz-üzə gələcək. Həmin oyun sentyabrın 28-də keçiriləcək. Bu gecə isə Azərbaycan 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq. Oyun gecə saat 03:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə