Voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub

Voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub
Şərur Rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkil etdikləri turnirdə "A" və "B" yarımqrupları üzrə 8 komanda mübarizə aparıb. Yarış 3 gün davam edib. "A" yarımqrupunda Şərur rayonunun voleybolçuları, "B" yarımqrupunda isə Sədərək rayonunun komandası bütün rəqiblərinə qalib gələrək finala vəsiqə əldə ediblər. Naxçıvan şəhərinin və Ordubad rayonunun komandaları öz yarımqruplarında II yerə çıxaraq III yer uğrunda mübarizə aparmaq hüququ qazanıblar. Sədərək rayon voleybolçuları I, Şərur rayon təmsilçiləri II və Naxçıvan şəhər komandası III yerləri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə