"Messi milli komandada tamam başqa bir oyunçu kimi gönrünür"

"Messi milli komandada tamam başqa bir oyunçu kimi gönrünür"
Braziliyalı futbol əfsaənsi Pele argentinalı ulduz futbolçu Lionel Messi barədə növbəti açıqlamasını verib. Siasport.az saytı xəbər verir ki, Çilinin "La Tercera" qəzetinə danışan Pele Messinin hazırda dünyanın ən yaxşısı olduğunu, amma bunun nə qədər davam edəcəyini bilmədiyini deyib: "Keçmiş futbolçular Yohan Kruyff, Mişel Platini və Alfredo Di Stefano Messidən daha yaxşı futbolçu idi. Messi milli komandada tamam başqa bir oyunçu kimi gönrünür, "Barselona"da başqa... Fərq "Barselona"nın daha güclü və təşkilatlınmış komanda olmasıdı".

Bütün xəbərlər Facebook səhifəmizdə