İstanbulun "Beşiktaş" futbol klubunda idman direktoru postuna gətiriləcək şəxsin adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik.com" idman saytı məlumat yayıb. Sayt xəbər verir ki. 2008-2009-cu futbol mövsümündə "qara qartal"ı Türkiyə çempionu edən məşhur türkiyəli futbol mütəxəssisi Mustafa Dənizli yenidən doğma klubuna qayıdır. Bütün "Beşiktaş"lıların da çox sevdikləri M.Dənizli ilə danışıqlar aparan İstanbul klubunun prezidenti Yılırım Dəmirörən, onu yenidən idman direktoru kimi İstanbul klubuna qaytarmaq istəyir. Belə görünür ki, istanbul klubunun rəhbərliyi, gənc və perspektivli baş məşqçi Tayfur Havutçunun yanına təcrübəli və intizamlı M.Dənizlini gətirməklə, klubun gələcəyini yerli mütəxəssislərin öhdəsinə buraxmaq və məhz onlarla böyük uğurlar əldə etmək istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB