İspaniyanın \"Real Madrid\" futbol klubu nəhayət ki, Almaniyanın \"Bayern Münhen\" futbol klubunda forma geyinən türkiyəli futbolçu Hamit Altıntopun transferini bu həftə ərzində \"bitirməyi\" qərarlaşdırıb. Siasport.az saytı xəbər verir ki, bunu \"pivəçilər\"in rəsmi şəxsləri də təsdiqləyirlər. Futbolçunun özü də artıq \"Bavariya\"da \"çamadan əhvalı\"ndadır. Belə ki, dünən məşqdən sonra futbolçu yoldaşları ilə görüşüb ayrılan H.Altıntop, klubun çıxışında onun üstünə sualı sual ardınca yağdıran alman jurnalistlərə hər şeyin bu həftə ərzində aydınlaşacağını deyib. İspaniyanın \"Marça\" qəzeti isə yazır ki, H.Altıntop kral klubunda ilinə 2,5 milyon avro məvacib alacaq. Qəzet, artıq bununla bağlı H.Altıntopun meneceri ilə \"Real\" təmsilçiləri arasında bütün hüquqi və texniki işlərin yekunlaşdığını da xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB