İtalyan tələbələr üçün “Fiorentina” - “Qarabağ” oyununa biletlər 1 avroya satılacaq
"Fiorentina" klubu, futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la keçirəcəyi ev oyununa azarkeş toplamağa çalışır. Futbolinfo.az xəbər verir ki, florensiyalılar müxtəlif yollarla azarkeşləri stadiona cəlb etmək niyyətindədi.
Klub rəhbərliyi, xüsusən də, yeniyetmə və gənclərin dəstəyinə ehtiyac duyur. Bu səbəbdən də italyanlar orta məktəb şagirdlərinə və tələbələrə güzəşt etmək qərarına gəliblər. Onlar cəmi 1 avro ödəməklə "Qarabağ"la qarşılaşmaya bilet əldə edə bilərlər. Bunun üçün sentyabrın 27-də klubun elektron ünvanına forum göndərmək tələb olunur.
Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" oyunu sentyabrın 29-da 43 min tamaşaçı tutumuna malik "Artemio Franki" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB