“Neftçi”nin kapitanı “Xəzər Lənkəran”la məzələndi

“Neftçi”nin kapitanı “Xəzər Lənkəran”la məzələndi

"Neftçi"nin kapitanı Rail Məlikov "böyük oyun"la bağlı düşüncələrini dilə gətirib. Siasport.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi "Xəzər Lənkəran"a acıq verib: "Sevinirəm ki, çempionluq kuboku "Xəzər Lənkəran"la oyundan sonra veriləcək. Qoy rəqib futbolçular uğurumuza baxıb çempionluğu necə bayram etməyi öyrənsinlər. Yersiz danışmaqdansa, vaxtında futbol oynayıb çempion olmaq haqda düşünmək lazım idi. Boş-boş ittihamlar adama heç nə qazandırmır. "Xəzər Lənkəran"la matç bizim üçün əla məşq olacaq. Elnur Allahverdiyevə isə sözümü meydanda deyəcəm". //penalti.az

Bütün xəbərlər Facebook səhifəmizdə