Ünal Aysaldan Arda Turana "qırmızı işıq"

Ünal Aysaldan Arda Turana "qırmızı işıq"

İstanbulun "Qalatasaray" futbol klubunun yeni seçilən prezidenti Ünal Aysal, klubun 24 yaşlı kapitanı Arda Turanla konkret olaraq son dəfə danışıq aparacaq. Siasport.az saytı xəbər verir ki, Türkiyə mətbuatına müsahibə verən İstanbul klubunun yeni prezidenti açıq şəkildə A.Turanla bağlı konkret və bir az da sərt şəkildə danışıb. Onun "Kanaltürk" televiziyasının futbol verilişində səsləndirdiyi fikirlərindən belə məlum olur ki, Ü.Aysal heç də A.Turana "Qalatasaray"da qalmaq üçün yalvarmaq fikrində deyil. Yeni prezident 24 yaşlı kapitanın klubda qalmasını istədiklərini, amma onun Avropada futbol oynamaq istəyinə qarşı da çıxmayacaqlarını dilə gətirib. Bu isə o deməkdir ki, yeni komanda artıq "Qalatasaray"da keçmiş prezident hesab olunan Adnan Polatın sevimlisinə çevrilmiş A.Turanla bir yerdə çalışmaqdan məmnun olmayacaq. Yəni, klub rəhbərliyi onun "Atlrtiko Madrid" və ya başqa bir əcnəbi futbol klubuna getməsini əngəlləmək istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə