"Xəzər Lənkəran"a azarkeşlik etmək məcburiyyətində qalmışıq"

"Xəzər Lənkəran"a azarkeşlik etmək məcburiyyətində qalmışıq"
"Bizi "Qarabağ"a qarşı çətin oyun gözləyir. Çünki onlar ikinci, biz isə dördüncü pillə uğrunda mübarizə aparırıq". Siasport.az saytı xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib.
AZAL-la "İnter"in aktivində 45 xal var və komandalar 4-5-ci pillələri tutur. Avropa Liqasına vəsiqə qazanmaq istəyən AZAL bunun üçün 4-cü pilləni tutmalıdır. Lakin 4-cü pilləni tutmaq da hər şey demək deyil. AZAL-ın Avropa Liqasına qatıla bilməsi üçün "Xəzər Lənkəran"ın kubokun finalında "İnter"i məğlub etməsi lazımdır. Süleymanov da finalda Lənkəran təmsilçisinin qələbə qazanmasını arzulayır: "Biz kubokun finalında "Xəzər Lənkəran"ın qələbəsinə ümid edəcəyik. "Xəzər Lənkəran"a azarkeşlik etmək məcburiyyətində qalmışıq. Bundan əvvəl isə biz dördüncü pilləni özümüz üçün təmin etməliyik. Əks halda, "İnter" - "Xəzər Lənkəran" oyununun nəticəsi heç nəyi həll etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə