\"Qarabağ\" klubunun 11 futbolçusu milliyə dəvət alıb

\"Qarabağ\" klubunun 11 futbolçusu milliyə dəvət alıb

\"Qarabağ\" klubunun 11 futbolçusu milliyə dəvət alıb. Siasport.az saytı xəbər verir ki, iyunda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarıyla əlaqədar olaraq klubun düşərgəsinə faks daxil olub. AFFA-dan gələn faksda 8 futbolçunun - Fərhad Vəliyev, Rəşad Sadıqov, Maksim Medvedev, Rəşad Sadiqov, Elvin Məmmədov, Vüqar Nadirov, Əfran İsmayılov, Rauf Əliyev mayın 20-də 16:00-da AFFA-ya dəvət olunur. Millimiz iyunun 3-də Qazaxıstan, iyunun 7-də isə Almaniya ilə qarşılaşacaq. Albaniya federasiyasından gələn faksda isə müdafiəçi Admir Teli və Ansi Aqollinin mayın 30-da ölkə millisinin düşərgəsində olması göstərilir. Eyni zamanda Latviya millisi üçün də komandanın yarımüdafiəçisi Andrey Rubinsə dəvət gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə